“DəmirBank” “Zolotaya Korona” pul köçürmə sistemi ilə birgə hədiyyəli aksiyaya start verib. Bankdan Azərtac-a bildirilib ki, aksiyanın şərtlərinə əsasən, “Zolotaya Korona” sistemi ilə bankın istənilən filialından pul göndərən müştərilərə göndərilmiş vəsaitin məbləğindən asılı olaraq müxtəlif hədiyyələrin verilməsi nəzərdə tutulub. Hədiyyələr sırasında korporativ qələm, fləş-kart, termo-stəkan və telefon üçün poverbank var. Paralel olaraq “DəmirBank”da pul köçürməsi edənə danışıq kartının hədiyyə edilməsi aksiyası da davam edir. Belə ki, müştəri aksiyaların şərtlərinə uyğun pul köçürməsi etdikdə hər 2 aksiyada iştirak edə və eyni zamanda həm danışıq kartı, həm də müvafiq hədiyyələrdən birini qazana bilər. “Zolotaya Korona” sistemi vasitəsilə “DəmirBank” müştəriləri üçün MDB və digər xarici ölkələrə çox sərfəli şərtlərlə pul köçürmək imkanı yaradılıb. Köçürmələr ani, ünvansız və hesab açılmadan həyata keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…