Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-cı il tarixli qərarı ilə “Dəmirbank” ASC müflis elan olunub, onun barəsində iflas proseduruna başlanılıb və bankın ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilib.Fonddan “Apa-Economics”ə verilən məlumata görə, ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommmunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin təsis edilməsinə zərurət yaranıb: “Eyni zamanda, kreditorlar komitəsinin yaradılmasının məqsədi ləğvetmə prosesinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini bir daha nümayiş etdirməkdir”.“Banklar haqqında” qanunun tələblərinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu Kreditorlar komitəsinin yaradılması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müsbət rəyini alıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.2 mart 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan “Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin yaradılması, komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və bankın Kreditorlar Komitəsinin Əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə dəvət məktubları və bildirişlər göndərilib.Fonddan bildirilib ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin ilk iclası 01 iyun 2018-ci il tarixində saat 15.30-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcək: “Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak etməsi xahiş olunur”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…