Dağçılıq Federasiyasının növbəti Baş Assambleyası keçirilib

26 Oktyabr 2017 13:12

Xəbər 829 dəfə oxunub

İranın Şiraz şəhərində Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) növbəti Baş Assambleyası keçirilib.Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAIREX) Azərtac-a bildiriblər ki, Baş Assambleyada ölkəmizi federasiyanın prezidenti Firdovsi Əliyev təmsil edib.Tədbirdə Baş Assambleyanın gündəliyinə daxil olan məsələlərlə əlaqədar müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib. Baş Assambleya çərçivəsində, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər keçirilib.xeber100.com