Almaniyanın “theeuropean.de” saytında “Dağlıq Qarabağ münaqişəsində Avropanın yeni siyasəti haqqında” sərlövhəli məqalə dərc edilib. Azərtac xəbər verir ki, məqalədə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Fransanın mövqeyi bu münaqişənin uzunmüddətli nizamlanmasına təhlükə kimi qiymətləndirilərək tənqid edilir. Məqalənin müəllifi German Mhedeli Azərbaycanın ərazi bütövlüyünün və eyni zamanda, Ermənistan iqtisadiyyatının bərpasına yönəlmiş üçün ümumavropa strategiyası hazırlamağa çağırır. Dağlıq Qarabağın “müstəqilliyi” ideyası isə istər tarixi-hüquqi, istərsə də mənəvi-əxlaqi baxımdan əsassız hesab edilir.
Müəllifin fikrincə, atəşkəs barədə üçtərəfli bəyanat imzalanandan sonra Ermənistanda daxili siyasi vəziyyətin sabitləşməsi Ermənistanın Avropa ilə yaxınlaşması ehtimalını artırır. Bu, Ermənistan cəmiyyətində geniş yayılmış belə bir fikirlə bağlıdır ki, müharibə dövründə bu ölkə “atılıb”. Üstəlik, məqalədə deyilir ki, 20 il ərzində ölkədə korrupsiyaya və dilənçiliyə yol açmış Qarabağ klanının hakimiyyətə qayıtmasını istəyənlər azdır. Noyabrın 25-də Fransa Senatı ölkə hökumətini qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran və hüquqi qüvvəsi olmayan qətnamə qəbul edib. Bundan bir həftə sonra Fransa Milli Məclisi həmin qətnamənin lehinə səs verib. Fransanın siyasətində beynəlxalq hüquq deyil, yalnız ölkədəki erməni icmasının əhval-ruhiyyəsi nəzərə alınır. Münaqişə avropalıların çoxunun nəzərində yalnız “xristianlıq və islam”, “təcavüz qurbanı və təcavüzkar”, “demokratiya və totalitarizm” qarşıdurmalarının bayağı sxeminə uyğun assosiativ obrazlar yaradıb. Siyasi kontekstdə avropalıların çıxardığı nəticə “düşmənimin düşməni mənim dostumdur” və ya “düşmənimin dostu mənim düşmənimdir” kimi bəsit qaydadır. Lakin vəziyyətə bir qədər diqqətlə baxılsa, daha mürəkkəb mənzərə yaranır. Bu halda Ermənistanın ərazi ambisiyalarına heç cür haqq qazandırmaq mümkün deyil.
Birincisi, sözügedən region heç vaxt erməni dövlətinin müasir mənada tərkib hissəsi olmayıb. Ermənistanda Strabon, Plutarx və ya Böyük Plininin qədim salnamələrinə istinad etməyi çox xoşlayırlar. Həmin salnamələrə görə, Dağlıq Qarabağ vaxtilə belə adlandırılan “böyük Ermənistan İmperiyası”nın periferiyası olub. Əslində isə bütün bunlar sağlam düşüncəyə ziddir.
İkincisi, bu münaqişə dinlərarası deyil, dövlətlərarası münaqişə xarakteri daşıyır, burada sərhədlər barədə mübahisə gedir. Xatırlatmaq yerinə düşər ki, 1990-cı illərin əvvəlində Gürcüstanın Abxaziya regionunun erməni əhalisi mərkəzi hökumətə qarşı çıxışlar edən yerli separatçıları dəstəkləyirdi. Müəllif xatırladır ki, o vaxt erməni batalyonlarından olan qondarma səlibçilər Şimali Qafqaz mənşəli yaraqlılarla birlikdə pravoslav gürcülərə qarşı kütləvi qətllərdə və etnik təmizləmələrdə fəal iştirak edirdilər.
Üçüncüsü, Avropa Dağlıq Qarabağ münaqişəsinin qəti nizamlanmasına çalışmalıdır. Onun Ermənistana maliyyə yardımı Azərbaycanla qəti sülh sazişindən asılı olmalıdır. Azərbaycan tərəfindən erməni əhalinin təhlükəsizliyinə zəmanət verilməsi müqabilində Ermənistan bu region barəsində ərazi iddialarından imtina etməlidir. Bu imtinanın əlaməti Avropa dövlətləri Aİ-yə daxil olana qədər onların arasında bağlanmış sazişlər nümunəsində sərhədlərin demarkasiyası ola bilərdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…