Ukraynanın Lvov şəhərində bir müddət əvvəl azərbaycanlılara hücum edərək döyən ermənilərin axtarışı dayandırılıb. Lvov vilayətində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov Apa-ya bildirib ki, buna səbəb ermənilərdən şikayətçi olmuş azərbaycanlıların şikayət ərizələrinin geri götürməsi və qarşılıqlı üzr istənilməsi olub. Bununla da hücumda iştirak edən ermənilərin axtarışı dayandırılıb və cinayət işinə xitam verilib. T. Məmmədov bildirib ki, artıq ermənilərlə barışıq olub və hazırda heç bir gərginlik yoxdur. Qeyd edək ki, bu il mayın 12-15-də Lvovda keçirilən Uşu-sando üzrə Avropa çempionatında azərbaycanlı azarkeşlər separatçı “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıran ermənilərə etiraz edib və ermənilərin döyülməsi ilə nəticələnin kütləvi dava baş verib. Mayın 16-da isə bir qrup erməni Lvovda azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır xəsarət alıb. Xəsarət alanlar arasında Lvovdakı azərbaycanlı gənclər təşkilatının liderləri də olub. Bundan sonra Lvov polisi hücum edənlərin ermənilərin 25 nəfə olmasını müəyyənləşdirərərk hadisə ilə bağlı cinayət işi başlayıb, onlar barəsində axtarış elan edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…