Böyük Britaniyada keçirilən parlament seçkilərində 25 ilin ən yüksək iştirak səviyyəsi qeydə alınıb – səsvermədə 32 milyondan çox seçici iştirak edib.“Daily Telegraph” qəzeti xəbər verir ki, yalnız 1992-ci ildə keçirilən seçkilərdə iştirak səviyyəsi bundan yüksək olub – 33,6 milyon nəfər. Cari seçkinin nəticəsinə əsasən, britaniyalıların 68,7 faizi səsvermədə iştirak edib. Bu, 2015-ci ildə keçirilən ümumi seçkilərdən 2 faiz çoxdur.Qeyd edək ki, Böyük Britaniyada parlament seçkiləri “Brexit” üzrə danışıqlar astanasında siyasi Londonu birləşdirmək istəyən Baş nazir Tereza Meyin təşəbbüsü ilə keçirilib.Hazırda 650 dairədən 649-da bülletenlərin hesablanması başa çatıb. Seçkinin nəticəsinə görə hələlik mühafizəkarlar 318, leyboristlər 261, liberal-demokratlar 12, Şotlandiya Milli Partiyası – 35, digər partiyalar 23 mandat qazanıb. Beləliklə, partiyaların heç biri müstəqil şəkildə kabineti formalaşdırmaq üçün lazım olan səsləri toplaya bilməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…