Avstraliyanın Yeni Cənubi Uels ştatının polis komissarının köməkçisi Mark Merdok Sidneydə böyük terror aktının hazırlanması barədə xəbərdarlıq yayıb.Azərtac xəbər verir ki, M.Merdok “Daily Telegraph” qəzetinə müsahibəsində terror aktının qaçılmaz olacağını söyləyib. O deyib ki, hüquq-mühafizə orqanlarının və kəşfiyyatın yaxşı işinə baxmayaraq, eyni zamanda, cəmiyyətdə qorxu yaratmaq istəməsə də, bu, baş verəcək. Təhlükə həm bir nəfərdən, həm də qrup halında naməlum insanlar tərəfindən gözlənilir. “Biz məlumatımız olan məsələnin qarşısını ala bilərik. Lakin təhlükə bizim məlumatlı olmadığımız məqamlardan irəli gələ bilər”, – deyə M.Merdok qeyd edib.Polis komissarının köməkçisi, həmçinin terrorçuları cəlb edənlərin “Google” və “Facebook” kimi sosial şəbəkələrdən istifadə etdiyini, lakin bunları bağlamağın mümkün olmadığını bildirib.Xatırladaq ki, Avstraliya hökuməti iyulun 30-da Sidneydən Birləşmiş Ərəb Əmirliklərinə uçan təyyarədə terror aktının qarşısının alınması barədə məlumat yaymışdı. Bununla əlaqədar hüquq-mühafizə orqanları dörd nəfəri həbs etsələr də, onlardan biri günahkar olmadığına görə, daha biri isə girov müqabilində azad edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…