Koronavirus bu il iki mötəbər yarışa təsir göstərmədi. Onlardan biri “Australian Open” tennis turniri, digəri isə “Dakar” rallisi oldu. Çünki hər iki yarış hələ pandemiyadan əvvəl – yanvarda keçirilmişdi. “Dakar” avtomarafonu gələn il də eyni plan əsasında təşkil ediləcək.Azərtac xəbər verir ki, mötəbər yarış gələn il yanvarın 3-dən 15-dək keçiriləcək. İdmançılar 11 mərhələdə mübarizə aparacaqlar. Yarış bu il olduğu kimi yenə də Səudiyyə Ərəbistanında olacaq. İştirakçılar Ciddə şəhərində starta çıxacaq və elə burada da yürüşü tamamlayacaqlar.Növbəti mövsümdə daha bir yenilik ediləcək. Belə ki, yarışa “Dakar klassikası” kateqoriyası da əlavə olunacaq. Həmin kateqoriyada 2000-ci ilədək bu yarışda iştirak edən avtomobillər və yük maşınları yenidən marafona çıxacaqlar. Yeniliklərdən biri də yol kitabçaları ilə bağlı qaydaların dəyişməsidir. Təhlükəli yerlərə getməmək və optimal yolu təyin etmək üçün şturmanlar marşrutu gündəlik proqrama əsasən alırdılarsa, indi bütün mərhələlər barədə məlumat onlara yarışdan əvvəl birdəfəlik təqdim ediləcək. Təşkilatçıların fikrincə, bu amil yarışın intriqasını artırmaqla yanaşı, pilotlara bərabər imkanlar yaradacaq.Qeyd edək ki, bu ilin yanvarında keçirilən rallinin bəzi hissələrində eksperiment kimi bu variantdan istifadə olunmuşdu.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…