Danimarkada keçirilmiş yarışda norveçlilər səkkizinci dəfə Avropa çempionu olublar

21 Dekabr 2020 11:58

Xəbər 421 dəfə oxunub

Norveçin qadın həndbolçulardan ibarət yığması Avropa çempionatının finalında Fransa komandasını 22:20 hesabı ilə məğlub edərək qalib adını qazanıb. Azərtac xəbər verir ki, Danimarkada keçirilmiş yarışda norveçlilər səkkizinci dəfə Avropa çempionu olublar. Bu da rekord göstəricidir. Bürünc medal uğrunda görüşdə isə Xorvatiya komandası danimarkalıları 25:19 hesabı ilə məğlub edib.xeber100.com