“Maersk Oil” tərəfindən işlədilən Danimarkanın ən böyük təbii qaz yatağının bağlanacağı açıqlanıb.Azərtac xəbər verir ki, “Tyra” yatağında qalan ehtiyatların tam olaraq istifadə edilməsi üçün iqtisadi baxımdan tətbiq olunan bir həll hələ ki, müəyyən edilməyib və yataqdan hasilatın 2018-ci il oktyabrın 1-dən dayandırılması qərara alınıb.“Tyra” 1984-cü ildən bəri Danimarkanın Şimal dənizində yerləşən təbii qaz hasilatı və emalı mərkəzidir. “Maersk Oil” son 15 ildir “Tyra”da fəaliyyət göstərən neft qurğusunun qoyulan investisiyalara baxmayaraq, yer altındakı əhəng qatının dağılması və fırtınalar ilə əlaqədar heç vaxt tam gücü ilə işləmədiyini bildirib. İstehsalın dayandırılması barədə qərarda təbii amillərin mühüm payı olduğunu vurğulayıb.Danimarkanın qaz hasilatının 90 faizdən çoxu “Tyra”da qurğuları vasitəsilə işlənilir. “Tyra”da “A.PL Moller – Maersk” 31,2 faiz, “Shell” 36,8 faiz, “Nordsøfonden” 20 faiz və “Chevron” 12 faiz iştirak payına malikdirlər. Yataq birgə ortaqlıq olan “DUC” adına “Maersk Oil” tərəfindən işlədilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…