BMT-nin nümayəndəsi Haitinin yeni Prezidenti Jovenel Moizin adada vəbanın kökünü kəsməsinə kömək etmək üçün Davos İqtisadi Forumunda dünya liderlərinə müraciət etmək, onları donorlar konsorsiumu yaratmağa və Haitidə birgə səylərlə sanitariya-texniki infrastrukturu möhkəmləndirməyə çağırmaq niyyətindədir.BMT-nin Xəbərlər Mərkəzi xəbər verir ki, BMT Baş katibinin xüsusi elçisi Devid Nabarro Dünya İqtisadi Forumunun keçirildiyi Davos şəhərinə belə bir missiya ilə gəlib. O, BMT-nin Haitinin bərpasına dair uzunmüddətli strategiyasının həyata keçirilməsi işində donor ölkələrin, inkişaf və biznes banklarının dəstəyini almağa ümid bəsləyir.Haitidə vəba epidemiyası 2010-cu ilin oktyabrında başlayıb və bütün ölkəni əhatə edib. O vaxtdan təqribən 788 min adam vəbaya yoluxub. Ən azı 9 min adam dünyasını dəyişib. Beynəlxalq birliyin və haitililərin özlərinin səyləri sayəsində xəstəlik hallarını 2011-ci ilin pik göstəriciləri ilə müqayisədə 90 faiz azaltmaq mümkün olub. Ancaq virus hələ də yayılmağa davam edir. Onun qarşısını almaq üçün əlavə resursları səfərbərliyə almaq lazımdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…