Yanvarın 23-26-da Davosda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) 70 ölkənin dövlət başçısı və Baş naziri iştirak edəcək.Azərtac forumun saytına istinadla xəbər verir ki, “Parçalanan dünyada birgə gələcək yaratmaq” mövzusuna həsr edilən builki Dünya İqtisadi Forumunda 340 yüksək səviyyəli şəxs iştirak edəcək. Forumda 110 ölkədən təxminən 3 min iştirakçı müxtəlif mövzular üzrə müzakirələr aparacaq.Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab deyib: “Dünyamız ölkələr arasında artan rəqabət səbəbi ilə parçalanmış vəziyyətdədir. Ölkələr arasındakı ortaq maraqlarla bu vəziyyətdən çıxış yolu tapa bilərik”.Davosdakı yığıncaqlarda ölkələr arasındakı ortaq problemlərlə mübarizədə beynəlxalq iş birliyini canlandırmaq mövzusuna əsas diqqətin yönələcəyi bildirilib. Forumda, həmçinin Suriya böhranı ilə bağlı yığıncaq təşkil ediləcək və həmin iclasa BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura sədrlik edəcək. İsrail-Fələstin böhranı da forumda müzakirə ediləcək.Forumun açılışını Hindistanın Baş naziri Narendra Modi, yekun çıxışı isə ABŞ Prezidenti Donald Tramp edəcək.WEF çərçivəsində dövlət başçılarının ikitərəfli danışıqlar aparması da gözlənilir. Dörd gün davam edəcək forumda təhlükəsizliyi təmin etmək üçün təxminən 10 milyon dollar sərf ediləcəyi nəzərdə tutulur.Yığıncağa dövlət başçıları ilə yanaşı BMT-nin baş katibi Antonio Quterreş, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Roberto Azevedo, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard, Dünya Bankının rəhbəri Jim Yong Kim, Beynəlxalq Enerji Agentliyinin (IEA) icra direktoru Fatih Birol, BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinq və Beynəlxalq Əmək Təşkilatı (BƏT) baş direktoru Qay Rayder də qatılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…