SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Büro Veritas” şirkətinin mütəxəssisi, təlimçi Cəlal Quliyevin iştirakı ilə İSO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) və İSO 14001:2015 (Ətraf Mühitin İdarəetmə Sistemi) standartları üzrə Daxili Auditor kursu təşkil olunub.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, kursda şirkətin müəssisələrində İSO standartlarına cavabdeh olan 16 mütəxəssis iştirak edib. Təlim kursu iştirakçıları şirkətdaxili inteqrasiya olunmuş İSO 9001:2015 və İSO 14001:2015 İdarəetmə Sistemlərinin qurulması, idarəetmənin planlaşdırılması və tətbiqi ilə bağlı maarifləndirmək məqsədi daşıyıb. Kursun proqramı IRCA (International Register of Certificated Auditors) sertifikatlı daxili inteqrasiya olunmuş İSO 9001:2015 və İSO 14001:2015 İdarəetmə Sistemlərinin təlimlərinə uyğun qaydalar nəzərə alınmaqla hazırlanıb.Təlimin sonunda biliklər yoxlanılacaq və imtahandan uğurla keçən dinləyicilərə “Büro Veritas” şirkətinin sertifikatları veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…