Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) aşağıda göstərilən polis orqanlarında vakant yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, müsabiqəyə ümumilikdə 37, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsində 1, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsində 27 və Nərimanov Rayon Polis İdarəsində 1, Hacıqabul, Kürdəmir, Samux, Yevlax, Cəlilabad, Laçın, Xızı, Şəki şəhər və rayon polis şöbələrinin hər birində 1 vakant vəzifə çıxarılıb.Həmin vakant vəzifələrin komplektləşdirilməsi məqsədilə keçiriləcək müsabiqədə avtomobil nəqliyyatına aid orta ixtisas və ya ali təhsilli, habelə tam orta təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, 3 il sürücülük təcrübəsinə malik, yaşı 21-dən aşağı, 26-dan yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum edilməyən, Bakı şəhəri və yuxarıda göstərilən rayonlarda qeydiyyatda olan və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunan digər şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və dövlət ali təhsil müəssisələrini bitirmiş namizədlərə üstünlük veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…