Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) onlayn dələduzluq piramidası olan “Zuerx” platformasına qarşı əməliyyat keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində həmin piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyənləşdirilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar “Whatsapp” və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400-dan çox şəxsə “Zuerx” piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər. Saxlanılan şəxslər insanlarda inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədilə zərərçəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərdə ödənişlər də köçürüblər. Şirnikləndirici təkliflərə aldanan şəxslər isə daha çox gəlir əldə etmək niyyəti ilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən dəstə üzvləri “Zuerx” piramidasının fəaliyyətini dayandırıblar. Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. Sonda bir daha vətəndaşlara onlayn platformalarda qarşılaşa biləcəkləri və heç bir iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin kriptoyatırım adı altında yüksək faizli gəlir təklif edən tətbiqlərə inanmamağı tövsiyə edirik.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…