Beyləqan Rayon Polis Şöbəsi (RPŞ) veteranlar şurasının üzvləri şəxsi heyətin təlim-tərbiyə işinin aparılması, gənc əməkdaşların peşə vərdişinin artırılması, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılması, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsinin vacibliyinin izah olunması işində yaxından iştirak edirlər.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, RPŞ-nin rəisi, polis polkovniki Fizuli Şıxəliyev veteranlarla görüşdə onların qayğılarının daim diqqətdə saxlanıldığını, vaxtaşırı keçirilən tədbirlərdə cari məsələlərin həllində kömək göstərildiyini bildirib. Qeyd olunub ki, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin yerinin müəyyən edilməsində, narkomaniya əleyhinə, eləcə də yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin profilaktikasında, əhali arasında hüquqi maarifləndirmə işlərinin aparılmasında polis veteranları fəallıq göstərirlər.Şuranın üzvləri ilin əvvəlindən bu günədək ümumtəhsil məktəblərində 45 görüş keçiriblər. Bu görüşlərdə milli mənəvi dəyərlərin qorunması, hüquqi maarifləndirmə, dini radikalizmlə mübarizə, narkotik vasitələrin fəsadları, cinayətkarlıqla mübarizədə və asayişin qorunmasında cəmiyyətin üzərinə düşən vəzifələr barədə profilaktik söhbətlər aparıblar.Bu ilin ötən dövründə polis veteranları cinayətkarlığa qarşı mübarizə sahəsində 53 cinayət hadisəsinin açılmasında və axtarışda olan 20 nəfərin yerinin müəyyən olunmasında yaxından iştirak ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…