Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitən sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbirlər respublikanın Astara və Beyləqan rayonlarının ucqar kəndlərində keçirilib. Səyyar xidmətlər zamanı şəxsiyyət vəsiqələri almaq və ya dəyişmək istəyən, ümumilikdə 1698 nəfər, o, cümlədən Astara rayonunda 1477, Beyləqan rayonunda isə 221 şəxsin müvafiq sənədləri icraya qəbul olunub. Bu sahədə tədbirlər davam etdirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…