Bu gün DÇ-2018-də 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki cütlük meydana çıxacaq.Dünya çempionatı başlamamışdan əvvəl turnirin əsas favoritlərindən hesab olunan iki komanda ilk 1/8 final mübarizəsində üz-üzə gələcəklər. C qrupunda Danimarka, Peru və Avstraliya ilə mübarizəni lider tamamlayan Fransa D qrupunun ikincisi Argentina ilə qarşılaşacaq. Müasir dünya futbolunun ən güclü oyunçularını qarşı-qarşıya gətirəcək matç gərgin mübarizə və maraqlı oyun vəd edir.Qrup mərhələsinə istədiyi kimi başlamayan, yalnız son oyundan sonra pley-offlara yüksəlməyi bacaran cənubi amerikalılar həlledici məqamda onlara bəslənən ümidləri doğrultmaq üçün əllərindən gələni edəcəklər. Fransızlar isə qrup liderliyinin təsadüfi olmadığını sübuta yetirmək iddiasındadır.Günün ikinci matçında isə Uruqvayla Portuqaliya münasibətlərinə aydınlıq gətirəcəklər. Qrupu qol buraxmadan və naməğlub lider kimi bitirən ilk dünya çempionu Uruqvay bu uğurunu pley-offda da davam etdirmək əzmindədir. Portuqaliya millisi isə çətinliklə yüksəldiyi növbəti mərhələdə işini şansa buraxmaq istəmir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…