DÇ-2018-də növbəti oyunlar keçirilib

16 İyun 2018 22:41

Xəbər 846 dəfə oxunub

Bu gün DÇ-2018-də növbəti oyunlar keçirilib.Apasport.az saytının məlumatına görə, gün ərzində baş tutacaq 4 oyunla C və D qrupunda ilk tura yekun vurulacaq.İlk olaraq Fransa ilə Avstraliya meydana çıxacaqlar. Heyət baxımından turnirin ən güclülərindən biri hesab olunan fransızlar mundialın favoritlərindən hesab olunurlar. Didye Deşamın komandası Avstraliya qarşısında turnirə uğurlu başlanğıc eləmək istəyir. Bunun üçün qələbə şərtdir.Ardınca Argentina və İslandiya münasibətlərinə aydınlıq gətirəcəklər. AÇ-2016-dakı çıxışı ilə hər kəsi təəccübləndirən və yaxşı formada olan avropalılarla daimi favorit cənubi amerikalıların dueli maraqlı mübarizə vəd edir. Messi və dostlarının hədəfi çempionluqdusa, bu görüşdən mütləq 3 xalla ayrılmalıdırlar.Peru – Danimarka matçının da maraqlı keçəcəyi gözlənilir. Sərt futbol oynayan danimarkalıların əsasən texnikalı və pasa söykənən çıxışı ilə parlayan Peru qarşısında nə edəcəyi maraqlıdır.Günə Xorvatiya – Nigeriya görüşü ilə yekun vurulacaq. “Ölüm qrupu” adlandırılan D qrupundan çıxmağı hədəfləyən hər iki komanda xüsusilə də Avropanın müxtəlif üst səviyyəli klublarında çıxış edən oyunçularına arxalanır. Bu görüşün qalibi böyük ehtimalla qrupda ikinci yerin əsas namizədi olacaq.xeber100.com