DÇ-2018-in seçmə mərhələsi çərçivəsində…

12 Oktyabr 2016 10:27

Xəbər 754 dəfə oxunub

Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamız səfərdə Çexiya ilə qarşılaşıb. Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimal hesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamız uğurlu seriyanı davam etdirə bilib. Səfər oyununda inamla müdafiə olunan millimiz adlı-sanlı rəqibi qarşısında 0:0 hesablı bərabərliyə nail ola bilib. Bununla da xalını 7-ə yüksəldən Robert Prosineçkinin yetirmələri 3 turdan sonra mübarizəni qol buraxmadan davam etdirir.xeber100.com