Ingiltərə millisinin yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. İngiltərə mətbuatının məlumatına görə, İngiltərə Futbol Assosiasiyası Qaret Sautqeyti baş məşqçi postunda təsdiqləyib. Sem Ellardaysın istefasından sonra müvəqqəti olaraq bu vəzifəyə gətirilən Sautqeytin rəhbərliyi altında komanda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şotlandiya üzərində böyükhesablı (3:0) qələbə qazanıb. Bundan sonra yerli assosiasiya Sautqeytlə müqavilə imzalamaq qərarına gəlib. Nəticədə 46 yaşlı mütəxəssis yeni komandası ilə 4 illik sazişə qol çəkib. İllik məvacibi 1,5 milyon funt-sterlinq təşkil edəcək gənc mütəxəssisin müqaviləsində yer alan bəndə görə, uğursuz çıxış təqdirində assosiasiya DÇ-2018-dən sonra anlaşmaya xitam vermək hüququna malik olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…