“DÇ-2018”in növbəti oyunları keçiriləcək

9 Oktyabr 2017 11:59

Xəbər 773 dəfə oxunub

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində X turun növbəti görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, sonuncu turun ikinci oyun günündə “D”, “G” və “İ” qruplarında doqquz oyunun keçirilməsi nəzərdə tutulub.“D” qrupunun lideri Serbiya turnirin final mərhələsinə vəsiqə qazanmaq üçün evdə Gürcüstana qalib gəlməlidir.“İ” qrupunda ilk 3 pillənin sahibləri müəyyənləşəcək. Bu turda İslandiya millisi Kosovo ilə üz-üzə gələcək. Qrupda eyni xala malik Ukrayna yığması ilə Xorvatiya millisi qarşılaşacaq. Türkiyə millisi isə səfərdə Finlandiyanın qonağı olacaq.Turun digər oyunları aşağıdakılardır:

“D” qrupu

Serbiya – Gürcüstan

Uels – İrlandiya

Moldova – Avstriya

“G” qrupu

İsrail – İspaniya

Albaniya – İtaliya

Makedoniya – Lixtenşteyn

“İ” qrupu

Ukrayna – Xorvatiya

İslandiya – Kosovo

Finlandiya – Türkiyə

Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.xeber100.com