Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, dekabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.Departamentdən Azərtac-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 4-8°, bəzi günlərdə 0-2° isti, gündüzlər 8-13°, bəzi günlərdə 3-6° isti olacağı ehtimalı var.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-34 mm) olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 1-3° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 2-7°, bəzi günlərdə 10-15° şaxta, gündüzlər 9-14°, bəzi günlərdə 0-5° isti olacağı ehtimalı var.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 mm) olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-3° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 0-5°, bəzi günlərdə 8-10° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 4-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 1-6° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 2-5° isti olacağı ehtimalı var.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-32 mm) olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 2-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 4-9°, dağlıq ərazilərdə 15-20° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-48 mm) olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 4-9° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 4-8° isti, bəzi günlərdə 2° şaxtadan 2°-dək isti, dağlarda 5-10° şaxta°, gündüzlər 9-14°, bəzi günlərdə 4-6° isti olacağı ehtimalı var.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 45-106 mm) olacağı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…