“Deloitte Azərbaycan” respublika üzrə korporativ İdarəetməyə dair hesabatını açıqlayıb.Şirkətdən Azərtac-a bildirilib ki, təhlil ölkədə fəaliyyət göstərən 40-dan artıq özəl, yerli və xarici şirkətlərlə aparılmış onlayn sorğuya, müsahibələrə və qurumun qlobal təcrübəsinə əsaslanıb. Sorğu ölkədə korporativ idarəetmənin inkişaf səviyyəsini təhlil etmək məqsədilə müxtəlif sənaye sahələrində fəaliyyət göstərən çoxlu sayda müəssisələr arasında aparılıb.Bu araşdırma həmçinin müşahidə şurasında risklərə nəzarət, strateji istiqamətin müəyyən edilməsində müşahidə şurasının tərkibi və rolu, icraedici orqan rəhbərlərinin məvacibi və korporativ idarəetmə standartlarına dair yerli qanunvericiliyin effektivliyi kimi müxtəlif mövzuları təhlil edir.“Ölkədəki yeni iqtisadi reallıqlar Azərbaycanda fəaliyyət göstərən müəssisələrdən beynəlxalq biznes təcrübəsinə uyğun güclü korporativ idarəetmə standartlarının tətbiqinə daha çox diqqət ayırmağı tələb edir”, – deyə “Deloitte Azərbaycan”ın məsləhət xidmətləri üzrə direktoru Tural Hacıyev bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…