“Diario do Grande ABC” nəşri yazır…

25 Oktyabr 2017 12:37

Xəbər 1401 dəfə oxunub

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi əslən braziliyalı Riçard Almeyda ölkəsinin “Diario do Grande ABC” nəşrinə müsahibə verib.Azərtac xəbər verir ki, “Riçard Azərbaycanda parlayır” sərlövhəli yazıda müəllif Anderson Fattori futbolçunun karyerası haqqında məlumat verib. Onun 2012-ci ildən bəri “Qarabağ” klubunda oynadığı, 2016-cı ilin sonundan etibarən Azərbaycan millisinin üzvü olduğu xatırlanır.R.Almeyda müsahibəsində Azərbaycanda ona böyük hörmət və diqqət göstərildiyini, xalqımızın qonaqpərvər olduğunu, ölkəmizdə özünü xoşbəxt hiss etdiyini deyib.xeber100.com