Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkədə baş verən dövlət çevrilişinə cəhd ilə bağlı birgə bəyanat yayıblar. Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, bəyanatda Türkiyə Konstitusiyasına zidd olaraq ölkədə hakimiyyəti güc yolu ilə dəyişdirmək, demokratiyanın təməl prinsiplərini tapdalayaraq dövləti zorla ələ keçirmək cəhdləri qətiyyətlə pislənilir. “Yaşanan hadisələr bölgədə önəmli mövqeyə sahib olan Türkiyəyə, Atatürk ideyalarına, Konstitusiyaya və demokratiyanın fundamental dəyərlərinə zərər vurmaq istəyindən başqa bir şey deyil. Türkiyədə yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyə xalqının və dövlətinin yanındadır”, – deyə bəyanatda vurğulanır. Diaspor təşkilatları Türkiyədə yaşayan bütün azərbaycanlıların türk xalqının və dövlətinin demokratiya uğrunda mübarizəsini dəstəklədiyini qeyd edərək həmvətənlərimizi dövlət çevrilişi cəhdinə etiraz məqsədilə keçirilən aksiyalarda fəal iştiraka çağırıb. “Bu xain təşəbbüsün qarşısının alınması zamanı canlarından keçmiş qardaşlarımıza Allahdan rəhmət diləyir, onların yaxınlarına və bütün türk xalqına başsağlığı veririk. Türkiyə tarixin daha bir ağır sınağından üzüağ çıxıb. Tarix növbəti dəfə böyük türk xalqının öz dövlətinə və Vətəninə nə qədər sadiq olduğunun şahidi oldu”, – deyə bəyanatda bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…