Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları qoşunların təmas xəttində son günlər Ermənistanın təxribatçı əməllərini pisləyən bəyanatlar yayıblar. Ümumrusiya Azərbaycan Konqresinin bəyanatında bildirilir ki, Dağlıq Qarabağda döyüşlərin yenidən başlanması tamamilə Ermənistan tərəfindən törədilmiş təxribatdır. Bu vəziyyət uzun müddət davam edə bilməz. Azərbaycan torpaqlarının azad olunmasının kökündə regionda sabitliyin bərqərar olunması dayanır.Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının bəyanatında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində dinc sakinlərin və hərbçilərin həlak olduğu bildirilir, dünya ictimaiyyətinin bu təxribatlara göz yumması pislənilir. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin bəyanatında isə bütün beynəlxalq təşkilatlar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, işğal altındakı Dağlıq Qarabağ regionu və ətraf rayonların azad olunmasının tələb edildiyi dörd qətnamənin yerinə yetirilməsinə dair mümkün tədbirlər görməyə çağırılır. İstanbul-Azərbaycan Mədəniyyət Evi dünya ictimaiyyətini və beynəlxalq qurumları Ermənistanın təcavüzkar siyasətinə biganə qalmamağa, bu siyasətə son qoymaq üçün tədbirlər görməyə çağırıb. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının bəyanatında qeyd edilir ki, təmas xəttində yaşayış məskənlərimizin atəşə tutulması və dinc sakinlərimizin öldürülməsi Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı genosid siyasətindən əl çəkmədiyini sübut edir. BMT-nin və ATƏT-in növbədənkənar təcili toplantısı çağırılmalı, Ermənistanın işğalçı əməllərinə qiymət verilməli, qətnamələrin yerinə yetirilməsi üçün təzyiq vasitələri işə salınmalıdır. Mülki əhaliyə qarşı həyata keçirilən silahlı hücumu pisləyən Litva Azərbaycanlıları Cəmiyyəti isə bildirib ki, Baltik ölkələrində yaşayan soydaşlarımız xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni etməyə həmişə hazırdırlar. Avropa Azərbaycanlıları Konqresi Ermənistan silahlı qüvvələrinin təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini bildirib. Bu qurum beynəlxalq ictimaiyyəti Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırıb. Almaniyanın Raynland-Pfalts əyaləti parlamentinin deputatı Rahim Şmit alman ictimaiyyətinə ünvanladığı müraciətdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini faktlarda diqqətə çatdırıb.
O, alman ictimaiyyətini baş verən hadisələrə biganə qalmamağa çağırıb. Deputat bildirib ki, Azərbaycanın münaqişəni danışıqlar yolu ilə həll etmək niyyətinə baxmayaraq, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe qarşıdurmanın sülh yolu ilə həllinə imkan vermir. İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin bəyanatında da erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatlar, işğalçı dövlətin Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib. Xarici ölkələrdə yaşayan gənc diaspor nümayəndələri son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasından, Azərbaycanın cəbhəboyu və təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrinin və mülki obyektlərinin intensiv atəşə tutulmasından və dinc əhalinin qətlə yetirilməsindən dərin narahatlıqlarını ifadə edən bəyanat yayıblar. Bəyanatda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq həyata keçirilən təxribat və diversiya aktları, xüsusilə də mülki əhalinin qəsdən qətlə yetirilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi qeyd olunaraq bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi vurğulanıb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…