Azərbaycanın Almaniyadakı səfirliyində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) idarə heyətinin iclası keçirilib və qurumun illik hesabatı dinlənilib. Ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov iclasda iştirak edib.Daha sonra səfirliyin və AAKM-nin birgə təşkilatçılığı ilə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin və fəallarının ənənəvi görüşü keçirilib. Görüşdə Almaniyanın müxtəlif bölgələrini təmsil edən diaspor təşkilatlarının rəhbərləri, icma fəalları və səfirlik əməkdaşları iştirak ediblər. Görüş 2016-cı il ərzində həyata keçirilmiş diaspor işinin, onun nəticələrinin, habelə 2017-ci il üçün nəzərdə tutulmuş fəaliyyət planının müzakirəsinə həsr olunub.Tədbiri giriş sözü ilə AAKM-nin icraçı direktoru Heydər Mirzə açıb.Səfir Ramin Həsənov çıxış edərək Azərbaycan Prezidentinin diasporumuz qarşısında qoyduğu vəzifə və tapşırıqlardan Almaniyadakı diaspor təşkilatlarımızın fəaliyyətindən bəhs edib, səfirliyin diasporla əməkdaşlığı məsələlərinə toxunub. Səfir diaspor işinin daha da təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı təklif və tövsiyələrini diqqətə çatdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…