Diasporanın tarixindən

2 Aprel 2016 22:54

Xəbər 1644 dəfə oxunub

Türk Diasporası

Hazırda dünya ölkələrində fərqli fəaliyyətləri ilə seçilən onlarla diaspor qurumlar var ki, onların fəaliyyəti daima diqqət mərkəzində dayanır. Yaranma tarixi baxımından uzun bir zamanı əhatə edən diaspoq qurumlar var ki, onların fəaliyyəti həqiqətən də mənsub olduğu millətin təəssübkeşliyi uğrunda apardığı mübarizəni qabarıq şəkildə göstərir. Ancaq elə diaspor qurumlar da var ki, yaranma tarixi az müddəti əhatə edir ki, bu da onun fəaliyyətində özünü büruzə verir. Nə olur olsun hər işdə təcrübə böyük rol oynayır ki, bunun üçün də  zamana ehtiyac var. Çünki təcrübə uzun illər hesabına yaranan bir qabiliyyətdir.

Bütün bunları nəzərə alaraq belə hesab edirik ki, diasporanın yaranma tarixini özündə əks etdirən geniş yazılara ehtiyac var. O zaman sizlərə təqdim etdiyimiz bu yazıları qəbul etməklə həm tarixə səyahət edəcək, həm də diaspora anlamının izahını tam olaraq tapacaqsınız.

Diaspora və ya diyaspora(ingiliscəsi)…dim yunan sözüdür-mənası toxum səpmə, zərrələr olaraq dağılma deməkdir. Bioloji termin olan diaspora bir millətin çox uzun zamandan bəri ana vətənini tərk edərək başqa ölkələrə dağılmasına verilən addır.  Söz həm dağılma mənasını verir, eyni zamanda da dağılmış olaraq yaşayan birlikləri ifadə edir. Qədim yunan deyimində diasporá kəliməsi ana vətəndən çıxaraq dünyanın müxtəlif  yerlərində məskunlaşan xalq anlamına gəlirdi. Sonrakı dövrlərdə bu sözün ən çox istifadə olunan mövzusu Babil əsarətindən sonra Yəhudilərin bütün dünyaya dağılması oldu. Tövratın yunan dilinə olan tərcüməsində “dünyanın bütün ölkələrinə dağılacaqsınız” ayəsi bir daha sübut edir ki, diaspora kəliməsi bu ikinci mənanın ana qaynağıdır. Dünyanın bir çox ölkələrinə dağılan yəhudilər kimi, ana vətənindən çıxaraq dünyanın müxtəlif ölkələrinə dağılan türklər özlərinə məxsus yer tutaraq fəaliyyət göstəriblər ki, bunda da türk diaspor qurumlarının böyük rolu olub.

Çərkəs diasporası

1864-cü ildə Qafqazın şimal hissəsi çar Rusiyası tərəfindən işğal edildikdən sonra təxmini hesablara görə  1-1.5 milyon Qafqazlının böyük bir qismi o zamanlar Osmanlı torpağı hesab olunan Türkiyəyə yerləşdirilmişdir. Onların çox hissəsini Qafqazın qərbindən gələn Çərkəzlər, Ubıh və Abxazlar təşkil edir. Hazırda Türkiyənin Mərmərə, İç Anadolu, Qaradəniz və Şərqi Anadolu bölgələrində təqribən 7 milyon  Qafqazlı yeni vətənlərində, müdafiə, siyasət, sənət, iqtisadiyyat və digər bir çox sahələrdə ön planda yer almışlar və önəmli uğurlara imza atmışlar. Yeri gəlmişkən Qafqazlılar dədə-babadan sahib olduqları adət-ənənələri qorumaq uğrunda böyük işlər görürlər. Doğrudur, qaçınılmaz məqamlar da olmamış deyil. Məsələn, Ubıh dilini bilən sonuncu şəxsin vəfatı ilə bu dil tamamilə sıradan çıxmışdır. Yeri gəlmişkən, araştırmaçıların uzun araştırmasından sonra məlum olub ki, Ubıhlar, Abidə xalqı ilə Abxaz xalqı arasında , ancaq adət-ənənə baxımından Abxazlara daha yaxın bir xalqdır.

Türkiyədə məskunlaşan Qafqazlılar hər zaman iş başındadırlar, mədəniyyətlərini yaşatmaq üçün 100-dən artıq dərnəklər, fondlar  yaratmışlar. Könüllülərdən ibarət bir araya gələrək fəaliyyət göstərən bu quruluşlar həmrəylik günləri folklor tamaşaları hazırlayır, onu nümayiş etdirir, Qafqazda sülh şəraitində yaşadıqları azad günlərin həsrətini paylaşırlar.

Kimlik mübarizəsi 

Osmanlı dönəmində Çərkəz xalqının kimliyi üzərində olan çalışmalar İkinci Məşrutiyətdən sonra həyata keçirilmişdir. Bir çox dərnəklər yaradılmış, ərəb və latın hərfləriylə  Çərkəz və Abxaz dillərində əlifbalar hazırlanmış, kitab, jurnal və qəzetlər nəşr edilmiş,  Çərkəz dilində qız məktəbi açılmışdır. Eyni zamanda fəaliyyət göstərərn dərnəklərin vasitəsilə Qafqaza əlifba, kitab və müəllimlər göndərilmiş, beynəlxalq mədəni əlaqələrin inkişafı üçün bir çox işlər görülmüşdür. 1917-ci ildə bolşevik inqilabından  sonrakı vətəndaş müharibəsi zamanı Qızıl ordu tərəfindən Qafqaz yenidən işğal edilmiş və ölkə xarabaya çevrilmişdir.  11 may 1918-ci ildə qurulmuş Şimali Qafqaz Respublikası dağıdılmış və beləliklə də başlanan  beynəlxal dirçəliş cəhdləri söndürülmüşdür. Tək partiyalılıq dövründə Türkiye Çərkəzləri heç bir mədəni əlaqələrin təsirində olmayıblar. Ancaq İkinci Dünya Müharibəsindən sonra 1949-cı ildə çoxpartiyalılıq sistemi həyata keçincə Türkiyə Çərkəzləri məhz qərbin məcburu təsiriylə dərnəklər yaratmağa başlayaraq fəaliyyət göstərmişlər.

Dərnəklərin göstərdiyi bütün səylərə baxmayaraq mədəni təsirlərin qarşısını tam olaraq almaq mümkün olmayıb. 1990-cı illərdə SSRİ-nin parçalanmasıyla Çərkəzlərin də ana yurda olan maraqları artmış, hətta bir çoxları Qafqaza gedərək münasibətlər qurmağa başlamışdır. Bu da o deməkdir ki, Qafqazlıların kimlik uğrunda olan mübarizələri hər zaman davam edir.

 

Diasporanın ilk qapısı – Almanya

Türkiyədən gələn qaçqınların Qərbə açılan ilk qapısı Almaniyadır. Almaniyadakı türklərin sayı  2 milyondan artıqdır ki, əskik deyil. Qaçqın olaraq Almaniyaya üz tutan türklərin 700 mini artıq oranın vətəndaşlığını qəbul etmişdir, 500 min nəfəri isə seçim etmək hüququna malikdir.

Aparılan araştırımalar göstərir ki, türklər digər qaçqınlarla müqayisədə say çoxluğu ilə üstünlük təşkil edir. 82 milyon əhalisi olan Almaniyada 7,4 milyon kənar millətlər yaşayır ki, onlar arasında da ilk sıranı türklər tutur. Ümumiyyətlə isə Almaniyada yaşayan müsəlmanların sayı, təbii ki, türklər də daxil olmaqla 3 milyona yaxınlaşır. İkinci Dünya Müharibəsindən sonra  federal sisteme geçən Almaniya, başda Şimali Reyn Vestfalya və Bavyera olmaqla 16 əyalətdən ibarət idi. Hər əyalətin baş naziri və parlamenti belə var idi. 1960-cı illərdə Almanyanın köç mərkəzi Şimali Reyn Vestfalya idi. Yeri gəlmişkən, Şimali Reyn Vestfalya, Almaniyanın ən gur əyaləti hesab olunur. Əhalisi 18 milyondur. Bu əyalətdəki qaçqınların 34 faizini türklər təşkil edir.

Bir zamanlar Bavyeranın baş naziri Edmund Stoiberin sədrlik etdiyi Xristiyan Sosial Birlik Partiyası, əslində Bavyera partiyasıdır. Qırmızı-Yaşıl  Koalisyonunun hazırladığı Köç qanununa qarşı təsir etmək üçün müxalifəti hərəkətə gətirərək seçicilərinin qarşısına çıxan Stoiber elə həmin gündən də qaçqınların dəstəyini itirir. Həmin gündən etibarən səslərini Yaşıllar da daxil, digər partiyalar üçün istifadə etməyə başladılar. Edmund Stoiber yenidən baş nazir kürsüsünə oturmaq üçün namizədliyini verərək ilk sıralarda olsa da sonda məlum olur ki, sadəcə 13 min səs toplayıb və bu da onun uğursuzluğa düçar olmasını göstərir. 500 min türk əsilli qaçqının səsi Alman siyasətində böyük əhəmiyyət daşımışdır.  Və o gündən etibarən türk əsilli qaçqınların səsvermədəd iştirakı mühüm əhəmiyyət kəsb etdi. İllər öncə diqqətə çəkilən “Vaxt gələcək ki, türk əsilli qaçqınlar Almaniyanın daxili siyasətində də öz sözlərini demək imkanı qazanacaq” fikri artıq özünü qabarıq şəkildə büruzə verir.

Türk işçi qrupunun ilk dayanacağı hesab olunan Şimali Reyn Vestfalya, İkinci Dünya Müharibəsində müttəfiq dövlətlərin bombardman etdikləri bölgələrdən biri idi. Bunun səbəbi, Alman silah sənayesi üçün həyatı önəm daşıyan quruluşların məhz bu bölgədə yer alması idi. İkincisi, Dünya Müharibəsində ən böyük təxribat bu əyalətin bir neçə  sənaye şəhərlərində gerçəkləşdirilmişdir. Bu müharibədə kömür hövzəsinin mərkəzi olan  Ruhr bölgəsinin 70 faizi təhqir edilmişdir. Müharibədə böyük itkilər verən  almanlar, az bir zamanda Reyin Hövzəsini yenidən canlandırmağı bacardılar. Bu hövzə son illərə qədər Alman iqtisadiyyatı və sənayesinin şah damarı hesab olunurdu. Reyin Hövzəsində yaşayan Türklərin tarihi 50 ildən artıqdır. 1960 və  1970-ci illərin əvvəllərində gələnlər artıq təqaüdə çıxmışdır. Burdakı türk təqaüdçülərinin sayı isə 200 minə yaxındır.  Ümumiyyətlə Almaniyada yaşayan türkləri yaş baxımından 3 qrupa bölmək olar. Yaşlı nəsil, 30-45 yaş arası olan nəsil və 20 yaş nəsli. 3-cü qrupa aid olanların 500 mini tələbələrdir.

 

Kıbrıs Türkleri

 

Kıbrıs Türkləri və ya Kıbrıslı TürklərKıbrıs adasında yaşayan Türklər, Osmanlı İmparatorluğunun 1571-ci ildə Kıbrıs adasını ələ geçirməsindən sonra Anadoludan Kıbrıs adasına köç etmişlər. 1974-cü ildə Türk Silahlı Qüvvələrinin müdaxiləsi nəticəsində adanın ikiyə bölünməsiylə bir hissədəki yaşayış ərazisi Şimali Kıbrısa verilmişdir.  1975-ci illərdə Anadoluda baş verən köç  zamanı  Kıbrıs Türkünün tərkibinə Türk qaçqınları da əlavə olundu. Osmanlı idarəsindəki din dəyişdirilmə məsələsi nəzərə alınmazsa o zaman aydın görünər ki, etnik baxımdan Kıbrıs türkləri ilə Anadolu türkləri arasında elə bir fərq yoxdur.

Doğrudur,  Yunan qaynaqları Kıbrıs Türklərinin, türkə heç bir aidiyyatı olmayan, sonradan  assimilasyona uğrayaraq müslüman olduğu iddiasını ortaya qoysa da, oxşar adət-ənənə, mədəniyyət  deyilənlərin yalandan başqa bir şey olmadığını sübut edir. Əslində Kıbrıs türkləri yad təsirlərdə olduğuna görə bir qədər müsəlmançılıqdan uzaqlaşıblar. Neçə ki, bir zamanlar SSRİ adlı bir imperatorluqda yaşayan xalqlar dilini, dinini unudaraq zorla ruslaşdırılmışdı. Zənnimcə elə bu müqayisə yerinə düşər ki, o zaman nəyin yanlış, nəyin həqiqət olduğunu tam olaraq aydınlaşdırmaq mümkün olsun.

Məsələn, Kıbrıslı Türklər Anadoludan gətirdikləri Anadolu mədəniyyətini uzun zamandır qorumağı bacarsalar da, 1974-cü ilə qədər  Kıbrıs Rumlarıyla birlikdə  yaşadıqlarına görə Rum mədəniyyətindən də təsirlənmişlər, xüsusilə dil sahəsində bir çox mədəni alış-veriş yaşanmışdır.

1878-ci ildə adanın ingilislərin ixtiyarına keçməsindən sonra adada olan türklərin Anadolu ve  türk mədəniyyətiylə olan bağları getdikcə zəifləmişdir. 400 ildə adada var olan dəyişik mədəniyyətlərin təsirində qalan Kıbrıslı Türklər nəhayət öz mədəniyyətlərini qurmağı bacardılar.

Doğrudur, zamanla ada türkləri ilə 1974-cü ildən sonra adaya gələn türklər arasında “yerli Kıbrıslılık” düşüncəsi ətrafında bir ayrılıseçkilik yaranmışdı. Hətta buna görə  “Kıbrıslı Türk” (kısaca Kıbrıslılar) ve “Türkiyəli Türk” (kısaca Türkiyəliler) olmaqla toplum iki hissəyə ayrılmışdır. Bunun nəticəsində  Kıbrıslı Türklər və Türkiyəli (Türkiyəden gələn) Türkler arasında bir uzaqlıq yaranmışdı. İki hissəyə bölünmə  zamanla Kıbrıslıları Türkiyəlilər əleyhinə, Türkiyəliləri isə Kıbrıslıların əleyhinə döndərmişdir. Bu günə qədər də bu ayrıseçkilik var və yəqin ki, bu proses bütün dünya türklərinin bir araya gələcəyi günə qədər davam edəcək.

Kıbrıs Türklərinin bir qismi siyasi və ekonomik səbəblərə görə 1955-ci ildən etibarən  digər ölkələrə üz tutmağa başlayıblar. Xüsusilə Birləşmiş  Krallıq, AvstraliyaTürkiyəyə  Kıbrısdan böyük köç yol almışdır.  Dəqiq say haqqında heç bir məlimat olmasa da təxmini saylara görə demək olar ki, ölkədən kənar yaşayan Kıbrıslı Türklərin sayı Şimali  Kıbrısda yaşayan Türklərin sayından artıqdır.

I Dünya Müharibəsində Kıbrıslı Türklərin əksəriyyəti Birləşmiş Krallığın Ordusuna qatılaraq dünyanın müxtəlif yerlərində savaşmış, müharibədən sonra isə Britaniya adasına yerləşmişlər.

1951-ci ildə Türklər, Birləşmiş Krallıkda varlıqlarını qabarıq şəkildə sübut etmək məqsədiylə Kıbrıs Türk Cəmiyyətini yaratmışlar. 1958-ci ildə isə Türkiyənin baş naziri Adnan Menderesin maddi yardımları ilə Oksford Stritdəki dərnək binası alınmış və fəaliyyətlərini orda davam etdirmişlər. Dərnəyin köməyilə Kıbrıs türkləri dəfələrlə mitinqlər keçirmiş türk haqqlarının müdafiəsi uğrunda bir çox işlər görmüşlər…

( Yazıda Türkiyə araştırmaçı yazarlarının məqalələrinə istinad edilmişdir)xeber100.com

 

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatı əsasında…

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icmasının fəal üzvləri Haaqa Ədalət Sarayının önündə dinc aksiya keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutan aksiya ölkəmizə qarşı 30 il ərzində qəsbkar və təcavüzkar siyasət yürütmüş Ermənistanın dünya ictimaiyyətini yenidən siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək və Azərbaycanın Qarabağ bölgəsində təxribatlar törətmək cəhdlərinə etiraz məqsədilə gerçəkləşdirilib. Niderland ictimaiyyətinin diqqəti “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır”, “Azərbaycan torpaqlarında Ermənistan əsgəri olmamalıdır!”, “Ermənistan, hücumu dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Ermənistan minaları - müharibə cinayətləri!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!”, “Ermənistan İrəvandakı Azərbaycan mədəni irsini məhv edir”, “Azərbaycanın təbii sərvətlərinin talanına son qoyulsun!”, “Ətraf mühitə düzəldilməsi mümkün olmayan ziyanın vurulmasına son qoyulsun!” və sair şüarların əks olunduğu plakatlara cəlb edilib. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyətdən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın hərbi və ekoloji terroruna son qoyulmasını, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin və insan hüquqlarının təmin edilməsini, Azərbaycan dövlətinin sülh səylərinin dəstəklənməsini tələb ediblər. Aksiya zamanı Azərbaycanın və Türkiyənin bayraqları dalğalandırılıb, musiqiçilərimizin ifasında ölkəmizin Qarabağ bölgəsinə həsr olunmuş muğam parçaları və mahnılar səsləndirilib. İcma üzvlərinin birlikdə “Qarabağ Azərbaycandır!” şüarını səsləndirməsi ilə aksiya yekunlaşıb. Qeyd edək ki, aksiya zamanı Haaqa sakinlərinə Ermənistanın hərbi və ekoloji cinayətlərini əks etdirən bukletlər paylanılıb. Bukletlərdə Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələrini təhvil verməkdən imtinasının insan hüquqlarını kobudcasına pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar diqqətə çatdırılıb.

Avqust 31, 2023 12:50

Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan bəyanatda

Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan bəyanatda Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan tərəfindən əsir götürülməsi və Azərbaycan hərbçilərinə işgəncə verilməsi, onlarla qeyri-insani rəftar edilməsi qətiyyətlə pislənilib. Dünya azərbaycanlıları Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya, eləcə də digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirib, müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktını araşdırmalarını, lazımi hüquqi qiymət vermələrini tələb edib, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad olunması üçün çağırış ediblər. Bəyanatın tam mətnini təqdim edirik: “Biz, xaricdə yaşayan azərbaycanlılar təəssüf hissi ilə bəyan edirik ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azmış Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Nəzərinizə çatdıraq ki, Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı foto və videolar Azərbaycan hərbçilərinə beynəlxalq hüquqi sənədlərə zidd olaraq işgəncə verildiyini və onlarla qeyri-insani rəftar edildiyini əyani şəkildə sübut edir. Belə ki, yayılan videoda azərbaycanlı hərbçilərin əli bağlı şəkildə döyülməsi və təhqir olunması aydın görünür. “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməli və hərbi əsirlərə qarşı zorakılıq hallarına və hədə-qorxuya yol verilməməlidir. Bu fakt Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirməməsinin, bu ölkədə azərbaycanlılara qarşı geniş vüsət almış etnik nifrət və irqi ayrı-seçkiliyin əyani sübutudur. Müvafiq beynəlxalq təşkilatlar yuxarıda qeyd olunan zorakılıq faktını, həmçinin son 30 ildə Ermənistanın azərbaycanlı hərbi və mülki əsirlərə, itkin düşmüş 3890 şəxsə qarşı törədilmiş zorakılığı araşdırmalı və lazımi hüquqi qiymət verməlidir. Biz, xaricdə yaşayan azərbaycanlılar, bu cinayəti bir daha qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin və cinayətkarların əməllərinə hüquqi qiymət verməyə, əlverişsiz hava şəraiti səbəbindən azaraq Ermənistanın nəzarətində olan ərazilərə keçmiş Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq. Biz, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq azərbaycanlı hərbçilərə baş çəkməyi və onların vəziyyəti ilə bağlı məlumat verməyi tələb edirik. Biz, xaricdə yaşayan azərbaycanlılar, dünya ictimaiyyətini bu fakta biganə qalmamağa və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərini yerinə yetirməsinə təsir göstərməyə çağırırıq”.xeber100.com

Aprel 16, 2023 12:46

Elxan Mirhəşimli: Qarabağa gedən yol milli birlikdən keçir

Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində olan düşmənin növbəti təxribatı sadəcə ölkəmizİ deyil, o cümlədən dünya ölkələrində yaşayan, Azərbaycan maraqlarının qorunmasında rol oynayan diaspor təçkilatlarını da narahat etməyə başladı. İctimai fəal, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Azərbaycan dövlətinə, ordusuna kömək məqsədilə düşmən təxribatına qarşı mübarizə aparan diaspor rəhbərləri sırasındadır. E.Mirhəşimli xeber100.com saytına bu barədə danışaraq qeyd etdi ki,  Niderland Azərbaycan Evi olaraq bu istiqamətdə fəaliyyətlərinbi daha da gücləndiriblər: “Yerli medya, təşkilat və siyasi partiyalara hazırkı durum barədə məktublar ünvanladıq, maarifləndirmə işlərinə başladıq. Bu yaxınlarda bəzi siyasi partiyalarla görüşlərimiz gözlənilir. Niderland xarici işlər nazirliyinə müraciət edərək Ermənilərin işğalçı siyasətinə,  torpaqlarımızın işğal olunmasina münasibət bildirilməsini istəmişik”. Yeri gəlmişkən, 17 iyul Niderlandda fəaliyyət göstərən butun Diaspora təşkilatları bir araya gələrək Niderland Parlamenti qarşısında etiraz mitinqi keçirərək ermənilərin işğalçı siyasətinə son qoyulmasına qarşı məktub ünvanlamaqla yanaşı, Erməni səfirliyinə də bəyanat göndərilib. E.Mirhəşimlio bildirir ki, ermənilərin 18 iyul tarixində Niderlandda Azərbaycan səfirliyinin qarşısında etiraz mitinqi keçirəcəyinə dair məlumat əldə ediblər: “ Siyasi baxışından asdılı olmayaraq Niderlandda yaşayan bütün həmyerlilərimizi dövlət sərhədimizi qorumağa səslədik. Almaniyada, Belçikada, Niderlandda yashayan yüzlərlə həmyerlilərimiz ermənilərə qarşı olan etiraz səsimizə səs verdilər, ölkəmizə qarşı etiraz şüarlarının səslənməsinə imklan vermədilər. Bunların şahidi olan ermənilər bizə qarşı daha sərt mövqe tutaraq mane olmağa çalışdılar. Holland polisi həmin mıəqama müadixlə edərək ermənilərin qarşısını almağa müvəffəq oldular”. O da qeyd olunur ki, ermənilər Azərbaycan səfirliyinin qarşısında Asala terror təşkilatının geyim və palakatları ilə iştirak ediblər ki, bu da diplomatlarımıza qarşı təhdid kimi səslənib: “Bildiyiniz kimi Asala terror təşkilatı Avropada Türk diplomatlarına qarşı terror aktı keçirmişdilər. 22 iyul ermənilər Brüsseldəki Azərbaycan səfirliyi qarşısında mitinq etməyə cəhd etsələr də burada da Azərbaycan bayrqaları ilə qarşılaşdılar və bunun nəticəsidir ki, hər zamankı kimi 10-15 qruplara ayrılaraq xaincə hücuma keçdilər. Ermənilərə havadarlıq edənlər erməni faşizmini dəstəkləməkdə davam edir. Bütün bunları nəzərə alaraq bildirirəm ki, Qarabağa gedən yol milli birlikdən keçir. Bir olma zamanıdır. Biz Niderland Azərbaycan Evi olaraq bütün təşkilatlarla mübarizəyə, təbliğata davam edirik”.xeber100.com      

İyul 23, 2020 14:14

Dünya azərbaycanlılarının həmrəylik günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluq tərəfindən 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il ilə bağlı tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr, Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbərliyi iştirak ediblər.Tədbirik açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 – dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə müraciəti oxunulub.Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən elan edilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan çox saylı azərbaycanlıları birləşdirən – “31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü” haqqında məlumat verib. O, müasir dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Respublikamızın xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan hakimiyyətinin dövlət qayğısından söhbət açıb.Daha sonra azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin ağsaqqallar şurasının sədri professor Yusif Quliyev və cəmiyyətin sədri, Aktau şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov çıxış edərək 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik gününün əhəmiyyəti, müasir dövrdə Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü şəraitində azərbaycanlıların daha sıx birləşməsinin vacibliyindən danışmış, xalqımıza yeni ildə uğurlar arzulayıblar.xeber100.com

Dekabr 31, 2018 14:46

Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb

Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyinin təsis edilməsi ilə bağlı tədbir keçirilib.Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndirildikdən sonra yeni təşkilatın sədri Vaqif Həsənov bildirib ki, bu qurumun təsis edildiyi 2018-ci il hər iki ölkənin tarixində əlamətdar bir ilə təsadüf edir. Avropa və Asiyanın kəsişməsində yerləşən, Cənubi Qafqaz regionunun ən böyük ölkəsi olan Azərbaycan müsəlman Şərqində ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir. Rumıniyada isə Böyük Birliyin yaradılmasından 100 il ötür.Sonra Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin tarixi ilə bağlı qısa film nümayiş olunub.V.Həsənov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, təşkilatın yaradılmasında məqsəd Rumıniyada yaşayan həmvətənlərimizi, o cümlədən Azərbaycanın bu ölkədəki dostlarını bir araya gətirmək və hər iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin daha da gücləndirilməsinə töhfə verməkdir. Birlik Rumıniyanın dövlət və hökumət orqanları ilə, müxtəlif təşkilat və icmalarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.Birliyin digər həmtəsisçiləri Robert Burlaku və Mihnea Alik çıxış edərək onun məqsədləri, həyata keçirəcəyi layihələr barədə məlumat veriblər.Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini, Rumıniya Deputatlar Palatasının deputatı Dinu Sokotar çıxışında təşkilatın Azərbaycan və Rumıniya arasında əlaqələrin daha da irəli aparmasına töhfə verəcəyini söyləyib, bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini vurğulayıb.Rumıniyadakı SOCAR Petroleum SA şirkətinin baş direktoru Həmzə Kərimov belə bir təşkilatın yaradılmasını əlamətdar hadisə adlandırıb, ona fəaliyyətində uğurlar arzulayıb. O, yeni təşkilatın Rumıniyada yaşayan soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağını bildirib.Rumın-Amerikan Universitetinin professoru, universitet Senatının nümayəndəsi Florin Bonçiu, Ploieşti Neft-Qaz Universitetinin prorektoru, professor Mihai Minesku çıxışlarında təmsil etdikləri ali təhsil ocaqları ilə təşkilat arasında elm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan rəhbərlik etdiyi qurumun ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətindəki fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verib.Rumıniya Müsəlman Türk Tatarları Demokratik Birliyinin sədri Məfkurə Qafar da təmsil etdiyi təşkilat barədə danışıb.xeber100.com

İyul 17, 2018 17:02

Diasporla İş üzrə Dövlət Komitəsi 16-cı ildönümünü qeyd edib

İyulun 5-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.Azərtac xəbər verir ki, Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə xaricdə yaşayan diasporumuza nəfəs verən Dövlət Komitəsini yaradıb. On altı il əvvəl yaradılan bu komitə dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb olub.Fuad Muradov Prezident İlham Əliyev tərəfindən diaspor fəallarına, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçilərinə böyük diqqət və qayğı göstərildiyini söyləyib. Qeyd edib ki, bu gün ölkədə həyata keçirilən islahatlar bütün istiqamətlərdə olduğu kimi, diaspor fəaliyyətində də çox böyük vüsət alıb.Komitə sədri iki ay yarım ərzində görülən işlər, etdiyi səfərlər və xaricdəki azərbaycanlılarla keçirdiyi görüşlər barədə hesabat verib. O, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu deyib.Sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələrinə medallar təqdim edilib.Tədbirdə Komitənin yeni loqosu, yenilənmiş veb-saytı, ilk dəfə yaradılan diaspor xəritəsi nümayiş etdirilib. Diaspor xəritəsinə daxil olaraq dünyadakı Azərbaycan diaspor təşkilatları barədə məlumat öyrənmək mümkün olacaq. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin himni də hazırlanıb.Sonda bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videoçarx hazırlanır. Tədbir zamanı onların bir neçəsi nümayiş olunub.xeber100.com

İyul 5, 2018 14:02

Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə…

Azərbaycanın Kiyev şəhərindəki səfirliyinin qarşısında yerləşən Heydər Əliyev adına parkda bu şəhərdə yaşayan soydaşlarımızın həmrəylik aksiyası keçirilib.Azərtac xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən aksiyada Ukraynada yaşayan 100-ə yaxın soydaşımız iştirak edib.Aksiyada çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Poltava vilayətinin deputatı Fəxrəddin Muxtarov və digərləri bəzi xarici ölkələrdə məskunlaşmış antimilli şəxslərin qərəzli, ədalətsiz, sifarişli mövqeyinin Ukraynada yaşayan azərbaycanlıları narahat etdiyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan regionda söz sahibinə çevrilib, heç kimdən asılı olmayan dövlət siyasəti yürüdür, iqtisadi, siyasi və digər sahələrdə uğurlar əldə edib. Bütün bunları ölkəmizin inkişafını istəməyən qüvvələr həzm edə bilmirlər. Ona görə də onlar Azərbaycana qarşı şər, böhtan kampaniyasına başlayıblar. Belə halların yolverilməz olduğunu vurğulayan soydaşlarımız anti-Azərbaycan qrupların bu cür məkrli əməllərini pisləyiblər.Çıxışçılar Ukraynada yaşayan soydaşlarımızın hər zaman dövlətimizi, onun daxili və xarici siyasətini dəstəklədiklərini bəyan ediblər. Aksiya iştirakçıları ürəklərinin Azərbaycanla döyündüyünü, Vətənin adını daim uca tutduqlarını, birlik nümayiş etdirdiklərini vurğulayıblar.Aksiyada “Hər zaman səninləyik, Azərbaycan!”, “Biz Ukraynada Azərbaycanı ləyaqətlə təmsil edirik!”, “Biz fəxr edirik ki, azərbaycanlıyıq!”, “Azərbaycan qürurumuzdur. Qürurumuza toxunmayın!”, “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətənimizin qüdrəti bizim qürurumuzdur!”, “Dövlətimizin və xalqımızın adını uca tutmaqdan şərəf duyuruq!” kimi şüarlar səsləndirilib.xeber100.com

Aprel 9, 2018 14:49

Avropa Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Fevral ayının 27-də Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı keçiriləcək.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, bu barədə qərar AAK-ın İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. Qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır.AAK-ın İcraiyyə Komitəsinin qərarında bildirilir ki, növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması, quruma üzv olan Azərbaycan icmalarının fəaliyyətinin daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idarəetmə mexanizminin yaradılması məqsədinə xidmət edir.İcraiyyə Komitəsinin qərarında vurğulanır ki, son dövrlərdə baş verən bir sıra iqtisadi və siyasi proseslər Avropada diaspor və lobbi quruculuğu işinin daha da təkmilləşdirilməsini, beynəlxalq təşkilatlar, yerli kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsini zərurətə çevirib. İcraiyyə Komitəsi hesab edir ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, habelə 1918-ci il 31 mart soyqırımının yüzilliyinin tamam olması ilə əlaqədar diaspor təşkilatlarının daha fəal, effektiv təbliğat işi aparmasına ehtiyac yaranıb. Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli Sərəncamına müvafiq olaraq, Avropanın müxtəlif ölkələrində təntənəli şəkildə silsilə tədbirlərin qeyd edilməsi nəzərdə tutulur.Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində də müvafiq tədbirlərin həyata keçirilməsi AAK-ın 2018-ci il üçün fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin Avropa ölkələrində daha geniş miqyasda qeyd olunması, dövlətçilik tariximizin və siyasi irsimizin tanıdılması, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün AAK daha çevik struktura malik olmalı, üzv təşkilatlar arasında əlaqələndirmə işi gücləndirilməlidir.Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayının Amsterdam şəhərində keçirilməsi planlaşdırılır.xeber100.com

Yanvar 24, 2018 15:50

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatı

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız iyulun 4-də Azərbaycanın işğal olunan ərazilərində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq Vaşinqton və Nyu-York şəhərlərində aksiyalar keçirəcək.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə iyulun 7-də Vaşinqtonda, Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Ermənistan ordusunun hücumunu və günahsız vətəndaşlara qarşı zorakı hərəkətləri pisləyən təşkilat bütün soydaşlarımızı etiraz aksiyasına qoşulmağa çağırıb.Bu gün, həmçinin Nyu-Yorkda, BMT-nin qarşısında da azərbaycanlıların etiraz mitinqi keçiriləcək. Aksiyada Amerika Azərbaycan Nyu-York Assosiasiyası, Azərbaycan Qadınlar Assosiasiyası və digər təşkilatların nümayəndələri, eləcə də digər soydaşlarımız iştirak edəcək.Hər iki aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunacaq. Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Aksiya iştirakçıları təcavüzkar Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.xeber100.com

İyul 7, 2017 14:10

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə…

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə sabah 16:00-dan 18:00-dək Hannover şəhərində erməni terroruna qarşı etiraz aksiyası keçiriləcək.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, cəmiyyət Hannoverdə, eləcə də yaxın şəhərlərdə yaşayan soydaşlarımızdan Azərbaycanın haqq səsini dünyaya duyurmaq üçün aksiyaya qoşulmağa və fəallıq nümayiş etdirməyə çağırıb: “Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi vəhşilik, insanlığa sığmayan faciə hamımızı çox təsirləndirdi, ürəyimizdə silinməz yaralar buraxdı. Bütün dünya üzrə fəaliyyət göstərən çoxsaylı Azərbaycan diaspor təşkilatları kimi AFR-in Aşağı Saksoniya vilayətindəki Azərbaycan diasporu da baş verən son hadisələrlə bağlı etiraz aksiyası keçirməyə qərar verib. Xahiş edirik hamımız bir nəfər kimi bu aksiyada iştirak edək, öz etiraz səsimizi ucaldaq və alman ictimaiyyətinə çatdıraq.Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya birliyinin diqqətinə çatdırılacaq.xeber100.com

İyul 7, 2017 14:07