Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç və xanımı Svetlana Vuyanoviç V Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gələcəklər. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Forum martın 16-17-də keçiriləcək.Bu barədə Azərtac-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.V Qlobal Bakı Forumunda Makedoniya Prezidenti George İvanov, Latviya Prezidenti Raymond Veyonis, Albaniya Prezidenti Buyar Nişani və digər ölkələrin indiki və keçmiş rəhbərləri iştirak edəcəklər. Həmçinin sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasətçilərin də iştirakı gözlənilir.“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunacaq Forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin – transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.Qeyd edək ki, Prezident Filip Vuyanoviç IV Qlobal Bakı Forumunda da iştirak edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…