Bu il dekabrın 7-8-də Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Apa-ya verilən məlumata görə, beynəlxalq musiqi festivallarına və müxtəlif mədəni tədbirlərə ev sahibliyi edən, Azərbaycanın turizm şəhəri kimi tanınan Qəbələ artıq dünyanı narahat edən problemlərin müzakirə edildiyi, siyasi diskussiyaların aparıldığı mərkəzə çevrilir. Tədbir zamanı 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 100-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı Qəbələyə toplaşacaq. Qeyd edək ki, Madrid Klubu özündə 56 ölkədən 80 eks-prezident və baş naziri birləşdirən nüfuzlu beynəlxalq siyasi təşkilatdır. Qurumun məqsədi demokratiyanı təşviq etmək, demokratik institutları möhkəmləndirmək, siyasi münaqişələrin həllində, böhran və böhrandan sonrakı situasiyalarda tövsiyələr verməkdir. Madrid Klubunun Nizami Gəncəvi Mərkəzi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr həyata keçirilib. Klubun prezidenti, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…