Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin İdarə Heyəti və regional təşkilat rəhbərlərinin toplantısı keçirilib. Tədbirdə Konqresin gələcək fəaliyyət proqramı müzakirə edilib, yeni inkişaf strategiyası, müasir tələblər nəzərə alınmaqla nizamnamədə edilən bir sıra dəyişikliklər açıqlanıb.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, görüşdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ölkəmizin dövlət strategiyasında milli diasporumuzun inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu deyib. O, Azərbaycan həqiqətlərinin, xüsusilə də Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun üzərinə düşən tarixi missiyadan danışıb.Sonra Konqresin yeni nizamnaməsi ilə bağlı müzakirələr aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…