Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız iyulun 4-də Azərbaycanın işğal olunan ərazilərində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq Vaşinqton və Nyu-York şəhərlərində aksiyalar keçirəcək.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə iyulun 7-də Vaşinqtonda, Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Ermənistan ordusunun hücumunu və günahsız vətəndaşlara qarşı zorakı hərəkətləri pisləyən təşkilat bütün soydaşlarımızı etiraz aksiyasına qoşulmağa çağırıb.Bu gün, həmçinin Nyu-Yorkda, BMT-nin qarşısında da azərbaycanlıların etiraz mitinqi keçiriləcək. Aksiyada Amerika Azərbaycan Nyu-York Assosiasiyası, Azərbaycan Qadınlar Assosiasiyası və digər təşkilatların nümayəndələri, eləcə də digər soydaşlarımız iştirak edəcək.Hər iki aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunacaq. Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Aksiya iştirakçıları təcavüzkar Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…