Berlində fəaliyyət göstərən “Berlin-Baku” rəsm qalereyasında “Azərbaycan Yaponiya ilə görüşür” (“Aserbaidschan Trifft Japan”) adlı rəsm sərgisinin açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, açılış mərasiminə Almaniya, Azərbaycan və Yaponiyadan olan incəsənət adamları qatılıb. Tədbirdə ölkəmizin Almaniyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Sara Abbasova, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin icraçı direktoru Heydər Mirzə və Azərbaycan Tələbə Şəbəkəsinin Berlin ofisinin rəhbəri Asif Məsimov iştirak edib. Sərgidə Azərbaycandan və Yaponiyadan olan gənc rəssamların 30-dan çox rəsm əsəri nümayiş olunur. Azərbaycanı Telman Quliyev, Günay Şəmsi, Maqdalena Mehdizadə və Yeganə Əsədova, Yaponiyanı isə Tomoko Kazama, Rikka Ayasaki, İku Xiquçi, Tsieku İtsinoze təmsil edir. Sərgi dekabrın 1-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…