Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda dini maarifləndirmə ilə bağlı yerli müəlliflərin kitablarının sayının artırılması üçün xüsusi tədbirlər həyata keçirəcək. Bu barədə Azərtac-a Dövlət Komitəsi sədrinin müavini G.İsmayılov məlumat verib.G.İsmayılov deyib: “Təəssüf ki, bu gün Azərbaycanda çap olunan və idxal edilən dini kitabların, ədəbiyyatların böyük əksəriyyəti xarici müəlliflərdir. Yerli müəlliflərin bu sahədə kitabları hələ də azlıq təşkil edir. Ancaq ötən illərin müqayisəli təhlili göstərir ki, getdikcə yerli müəlliflərin kitabları kəmiyyət və keyfiyyət etibarilə artır”. O qeyd edib ki, bu sahədə Dövlət Komitəsi də sistemli işlər görür. Təkcə 2016-cı ildə Komitə tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizmin fəsadları və s. mövzularda 50-yə yaxın kitab nəşr olunub. Bunların da mütləq əksəriyyəti yerli müəlliflərdir. Bu kitabların çapının məqsədi dini maarifləndirməni gücləndirmək, zərərli dini fəaliyyətə, radikalizmə, ekstremizmə qarşı mübarizə aparmaqdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…