Noyabrın 10-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar” mövzusunda konfrans keçirilir.Azərtac xəbər verir ki, konfransı açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dini maarifləndirmə işinin əhəmiyyətindən danışıb.Konfransda milli mənəvi, dini dəyərlərin cəmiyyətdə təbliğinin hansı əsaslar üzrə aparılması, son illərdə dövlətin geniş vüsət almış din siyasətinin müxtəlif vasitələrlə ictimaiyyətə çatdırılması yolları, dövlətçiliyimizi və milli mənəvi irsimizi qorumaq, təbliğ etmək kimi məsələlər, eyni zamanda, dini maarifləndirmə işinin təşkili sahəsində əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olunur.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı İslam Universitetinin rəhbərliyi, universitetin müəllim-tələbə heyəti, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər və ictimaiyyət nümayəndələri iştirak edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…