Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.Komitədən Azərtac-a bildiriblər ki, tədbirdə dini icma sədrləri, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Astara rayonu İslam dininin hər iki məzhəbinin sülh, həmrəylik və vəhdət şəklində yaşadığı unikal bölgələrdən biridir.Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, respublikamızda qəbul olunan qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.S.Salahlı dini radikalizmə qarşı mübarizənin metodları haqqında danışıb. Müasir dövrdə dünyanın dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyini, terror hadisələri səbəbindən dünyanın əksər bölgələrində ictimai-siyasi sabitliyin pozulduğunu vurğulayıb. Bütün bunlara baxmayaraq, Azərbaycanda müxtəlif xalqlar, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma və həmrəyliyin hökm sürdüyünü qeyd edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…