Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda konfrans keçirilib. Azərtac xəbər verir ki, Atıcılıq Mərkəzində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının üzvləri, eləcə də fəal qadınlar, ziyalılar və gənclər iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva bildirib ki, konfransın keçirilməsində əsas məqsəd dini radikalizm və onun fəsadları, dini radikalizmin qurbanına çevrilmiş qadınlar, xurafat və onun törətdiyi fəsadlar, xurafatın zərərləri və falçılıq, yas mərasimlərində dini təbliğatın düzgün aparılmaması ilə bağlı müzakirələr təşkil etmək və bu sahədə fikir mübadiləsi aparmaqdır. O qeyd edib ki, cəmiyyətimizin inkişafında qadının rolu olduqca böyükdür. Dini komitənin şöbə müdiri Elnarə Kərimova bildirib ki, bugünkü cəmiyyət qadınların, anaların tərbiyəsinin məhsuludur. İslam dini qadının məhz elmli, təhsilli olmasını istəyir. Çünki qadın bir anadır. O, övladını öyrəndiyi elm, aldığı təhsil sayəsində tərbiyə etməlidir. Bu baxımdan insanlar arasında maarifləndirmə işi aparılır. Nə qədər təbliğat aparılarsa, bir o qədər də müsbət nəticə əldə etmək olar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…