Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sahil qəsəbəsində rayon ərazisindəki dini icmaların rəhbərlərinin və dindarların iştirakı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Qaradağ rayonunda dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini, multikulturalizmin ölkəmizdə dövlət siyasəti ilə yanaşı, həyat tərzi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov dini radikalizmə qarşı mübarizə metodlarından, bu məsələdə dini icmaların üzərinə düşən vəzifələrdən, dini maarifləndirmə işinin təşkili prinsiplərindən danışıb. Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, qazı Rahib Babayev ölkəmizdəki sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında din xadimlərinin fəaliyyəti ilə bağlı ümumi prinsipləri qeyd edib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…