Qusarda dövlət qurumları, dini icmaların nümayəndələri və gənclərin iştirakı ilə keçirilən görüşdə regionda dini radikalizmə qarşı mübarizə mövzusu müzakirə olunub. Azərtac xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə region gənclərinin rolunun artırılması” adlı layihə çərçivəsində təşkil edilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri çıxış edərək, Azərbaycanda hökm sürən etnik və dini tolerantlığın dünyaya nümunə olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur. Sonra şimal bölgəsində həyata keçirilən layihə haqqında ətraflı məlumat verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…