Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Media İnkişaf Mərkəzi İctimai Birliyinin dəstəyi ilə “Dini radikallığa qarşı mübarizə sahəsində maarifləndirmənin mediada təşkili” adlı layihənin icrasına başlanılıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən Azərtac-a bildirilib ki, layihə çərçivəsində dini radikalizm və onun törətdiyi fəsadlardan bəhs edən 35 dəqiqəlik “Qaranlıq yolçuları” adlı sənədli filmin hazırlanması nəzərdə tutulur. Ekran əsəri araşdırma materiallarının əsasında çəkiləcək. Artıq filmin çəkilişi ilə məşğul olacaq təşkilata müqavilə əsasında sifariş və ssenari təqdim edilib. Filmdə dünyada, xüsusilə Azərbaycanın yerləşdiyi bölgədə dini radikalizm meyilləri və onun fəsadları barədə faktlar, o cümlədən görüntülər yer alacaq. Sözügedən mövzu ilə bağlı mütəxəssislər danışacaq, habelə ölkəmizin dini mühitdə yürütdüyü tolerantlıq siyasətinin faydaları təbliğ olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…