“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dini radikallığa qarşı təbliğatda gənclərimizin rolu” layihəsinin icrasını davam etdirir. İctimai Birlikdən Azərtac-a bildiriblər ki, layihə çərçivəsində növbəti konfrans Balakən şəhərindəki “Gənclər evi”ndə keçirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra dövlət himni səsləndirilib. Balakəndə fəaliyyət göstərən Aktiv Gənclər Klubunun rəhbəri Sərxan Hacıyev konfrans iştirakçılarına rayonun dini-etnik tərkibi haqda ətraflı məlumat verib. O, yerli dini icmalarla sıx əməkdaşlığın rayonda sağlam mənəvi mühitin inkişafında önəmini qeyd edib. TUMİB-in sədri Çingiz Bayramov tədbir iştirakçılarını 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Layihə barədə ətraflı məlumat verən Ç.Bayramov Azərbaycanda radikallığa qarşı mübarizədən, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitindən, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən bəhs edib. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. TUMİB-in idarə heyətinin üzvü Seymur Verdizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Qarayev, İctimai Birliyin Şəki-Zaqatala regionu üzrə nümayəndəsi Rəcəb Feyzullayev, qurumun mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, birliyin Gənclər Mərkəzinin sədr müavini Samir Pənəliyev çıxışlarında ölkəmizdə mövcud tolerantlıq mühitinin dünyaya nümunə təşkil etməsini xüsusi vurğulayıb, dini radikallığa qarşı təbliğatda gənclərin rolunun önəmini qeyd ediblər. Çıxışlarda bu baxımdan regionlarda belə tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Sonda iştirakçılara diplomlar təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…