Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkə YARAT Müasir İncəsənət Mərkəzinin təşkilati dəstəyi ilə iyulun 15-də “Multikulturalizm ili” çərçivəsində “Qərb və Şərq arasında körpü rolu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal perspektivləri” adlı tədbir keçirəcək. YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək tədbirin təşkilində məqsəd milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkan kimi təbliğinə xidmət edən layihələr planının təqdim edilməsidir. Tədbirdə YARAT Müasir İncəsənət Mərkəzi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və Beynəlxalq Multikultural Şəbəkənin birgə təşkilatçılığı ilə keçirilən, beynəlxalq səviyyədə elan olunan “Multikulturalizm hər yerdə: Foto və poster müsabiqəsi-2016”, ölkə daxilində keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri” mövzusunda analitik yazı müsabiqəsinin, Beynəlxalq Multikulturalizm Şəbəkəsinin rəsmi bloqunun, eyni zamanda, şəbəkənin nəzdində xarici ölkələrdə fəaliyyət göstərən 40-a yaxın ölkə təmsilçilərinin təqdimatı da olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…