Ukrayna Ali Radası Dnepropetrovsk şəhərinin adının dəyişdirilərək Dnepr adlandırılması barədə qərar qəbul edib. RİA “Novosti” agentliyinin verdiyi xəbərə görə, qərarın lehinə 247 deputat səs verib.İnqilabçı Qriqori Petrovskun adını daşıyan şəhər kommunizm elementlərinin ləğv edilməsi ilə bağlı qanun nəticəsində bu aqibətlə üzləşib.Şəhər 1926-cı ildə Dnepropetrovsk adını alıb. Öncə Yekaterinoslav adlandırılan şəhər 1796-1802-ci illərdə Novorossiysk adlandırılıb, daha sonra isə ad yenidən Yekaterinoslav olaraq dəyişdirilib. Bu silsilədən daha 900 yaşayış məntəqəsinin adının dəyişdiriləcəyi bildirilir. Artıq 700 inzibati və əraz vahidinin adı dəyişdirilib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ukraynalı deputatları “yarımbeyinli zombilər” adlandıraraq Radanın qərarına reaksiya verib. “Əgər kommunizmin elementlərini ləğv etmək istəyirdilərsə, gərək əsl adı – Yekaterinoslavı geri qaytaraydılar. Ən pis halda Novorossiyski… Deputat deyil, 247 yarımbeyinli zombidir”, – deyə Rusiya XİN-in rəsmi nümayəndəsi “Facebook” səhifəsində bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…