ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) köhnə dollar banknotlarından faydalı şəkildə istifadə edilməsinə qərar verib. Azərtac “banks.eu” saytına istinadla xəbər verir ki, FES-in dövriyyədən çıxmış pulların yenidən emal edilməsi sistemi köhnə banknotları gübrəyə çevirəcək. İndiyədək dövriyyədən çıxarılan və doğranılan pullar zibil qutusuna atılırdı. İndi yeni emal üçün nəzərdə tutulmuş innovativ sistem həmin pulları faydalı gübrəyə çevirəcək. Köhnə dollarlarla gübrələnmiş torpaqdan meyvə-tərəvəz və digər bitkilərin, ağacların yetişdirilməsi üçün istifadə etmək olar. “Federal Ehtiyat Bankında gündə orta hesabla təxminən 6 milyon dövriyyədən çıxmış dollar banknotları məhv edilir”, – deyə bankın baş biznes-analitiki Din Voys bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…