Dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam edir

6 Noyabr 2019 12:28

Xəbər 1138 dəfə oxunub

Milli Məclisin daha beş komitəsinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam edir.Azərtac xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iclası açaraq 2020-ci ilin dövlət büdcəsi barədə məlumat verib.İclas çıxışlarla davam edir.xeber100.com

Qələbənin 75 illiyi münasibətilə hərbi parad keçirilib

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə iyunun 22-də Moskvada hərbi parad keçirilib.Azərtac xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin fəxri qonaqlar və veteranlarla birlikdə paradı izləyib.Tədbirdə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə qonaq qismində iştirak edib.Azərbaycan Ordusunun 75 hərbçisindən ibarət parad heyəti hərbi marşla tribunaların önündən keçib. Paradın aparıcısı xatırladıb ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.Hərbi paradda 14 minə yaxın hərbçi, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan, Özbəkistan hərbi qulluqçuları iştirak ediblər. Hərbi paradın fəxri qonaqları arasında Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Moldova Prezidenti İqor Dodon, Serbiya Prezidenti Aleksandr Vuçiç, Tacikistan Prezidenti Emomali Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xarici ölkələrin Moskvadakı səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və başqaları yer alıblar.Qızıl meydanın üzərindən 75 təyyarə və helikopter uçub, 200 müasir və müharibə dövrünə aid 18 hərbi texnika tribunalar önündən keçib.Sonra Rusiya Prezidenti Vladimir Putin və paradın fəxri qonaqları birlikdə Kremlin divarları yaxınlığında Naməlum əsgərin məzarı önünə əklil qoyublar.Xatırladaq ki, Qələbə paradı koronavirus pandemiyasına görə mayın 9-dan iyunun 24-nə keçirilib. 1945-ci ildə Böyük Vətən müharibəsində Qələbədən sonra Qızıl meydanda məşhur parad da iyunun 24-də keçirilmişdi.Mayın 9-na nəzərdə tutulmuş parada bir çox ölkələrin liderləri dəvət almışdılar. Tədbirdə iştirakı təsdiqlənmiş bir çox digər dövlət və hökumət başçıları koronavirus pandemiyası ilə əlaqədar Moskvaya səfərlərini təxirə salmalı olublar.Qələbə bayramı münasibətilə günün sonunda - Moskva vaxtı ilə saat 23:00-da Rusiya paytaxtında atəşfəşanlıq olacaq.xeber100.com

İyun 24, 2020 15:05

15 iyun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qeyd olunur.Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.xeber100.com

İyun 15, 2020 23:00