Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 8-də keçiriləcək növbəti hərrac elan edilib. Bu dəfə hərraca ümumilikdə 77 dövlət müəssisə və obyekti çıxarılıb. Komitədən Azərtac-a bildirilib ki, bu dövlət əmlaklarının 26-sı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətlərdir. Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, kəndkimya, nəqliyyat, tikinti, emal və sair sahələrə aid müəssisələr vardır. Belə ki, bu səhmdar cəmiyyətlər arasında “Azinterservis”, “Lənkəran Taxıl”, “Ağcabədi Pambıq”, “Biləsuvar Pambıq”, “Zaqatala Sənaye”, ”“Bərdə Dəmir Beton-9” və digər müəssisələr vardır. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Həmçinin hərraca 51 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznesin qurulması üçün əlverişli ola biləcək müxtəlif sahəli qeyri-yaşayış sahələridir. Bunların sırasında 10 kvadratmetrdən başlayaraq, 400 kvadratmetrədək olan obyektlər vardır. Bu obyektlərin hərrac qiymətləri 65 min manatdan 800 min manatadəkdir. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında isə Bakı şəhərinin müxtəlif rayonlarında, habelə Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Şəki, Neftçala, Sabirabad rayonlarında yerləşən ictimai iaşə, xidmət və ticarət müəssisələri vardır. Bu müəssisələrin özəlləşdirilməsində iştirak etmək istəyən şəxslər obyektlər barədə ətraflı məlumatları privatization.az portalından əldə edə bilərlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…