Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, fikir mübadiləsi İran İslam Respublikasının Biləsuvar şəhərində İran İslam Respublikası və Azərbaycan Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında görüş zamanı aparılıb.Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.Görüşdə Azərbaycan və İran arasında mövcud əlaqələrə toxunulub, eyni zamanda iki ölkənin gömrük xidmətləri arasında mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. İkitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığı bildirilib.Sonra Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycan və İran gömrük-keçid məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…