Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları ilə bağlı proqnozlar artımla müşahidə olunur.Azərtac xəbər verir ki, bunu iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin dekabrın 6-da keçirilən plenar iclasında deyib.O bildirib ki, gömrük sistemində aparılan şəffaflıq, islahatlar nəticəsində daxilolmalarla bağlı proqnoz əvvəlki ilə nisbətən 500 milyon manatdan çox artacaq. Bundan əlavə, vergilərin toplanmasında Dövlət Gömrük Komitəsinin xüsusi çəkisi artacaq.Z.Səmədzadə qeyd edib ki, Milli Məclisin komitə üzvləri ilə birlikdə təhlillər aparılıb, 20 ildə ümumi daxili məhsulun miqdarı, gəlirləri, vergi və gömrük xətti ilə daxil olan gəlirlərin ümumi daxili nisbəti araşdırılıb, dünya miqyasında olan ölkələrlə müqayisə edilib. “Araşdırmalar nəticəsində büdcə gəlirlərinin ÜDM-in 25-30 faizi arasında, Vergilər Nazirliyinin xətti ilə yığılan vergilər ÜDM-in 11-12 faizi arasında, Dövlət Gömrük Komitəsi xətti ilə yığılan rüsumlar isə 2-3 faiz arasındadır. ÜDM-in artması proqnozlarını müəyyən edərkən gələcəkdə bu rəqəmlər əsasında vergi yığımlarında gəlirləri hesablaya bilərik”, – deyə Z.Səmədzadə vurğulayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…