Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 7-də inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan vəzifələr üzrə Bakı və Gəncə şəhərlərində test imtahanları keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, A növünə aid olan imtahan yalnız Bakı şəhərində kompüter, B növünə aid olan imtahan isə Bakı və Gəncə şəhərlərində kağız daşıyıcılar vasitəsilə aparılacaq.A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat martın 5-i saat 12-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb.B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 24-ü saat 12-dək aparılacaq. Bakı şəhərində keçiriləcək imtahanda iştirak üçün 2000 yer, Gəncə şəhərində keçiriləcək imtahan üçün isə 500 yer ayrılıb.İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…